🌧 Bakı +16°CUSD 1.7000EUR 1.9129
AZRUENFRTR
SON DƏQİQƏ

Gündəmdəki əsas mövzular daim yenilənir

MARAQLI
▶

Sumağın 10 faydası

P

03 Oktyabr 2026 · 2 dəq oxu · 👁 35 baxış

Bu ədviyyat artritdən əziyyət çəkən insanlar üçün çox faydalıdır – iltihabı və ağrıları azaldır, oynaqların hərəkətliliyinin yaxşılaşmasına kömək edir. Həmçinin ədviyyat xalq təbabətində revmatizm və podaqra zamanı da müalicəvi vasitə kimi istifadə olunur.

Soyuqdəymə zamanı 1 çimdik sumağı 1 fincan isti suda dəmləyin, bir qədər soyuyanda bal əlavə edin və için. Bu çox effektli iltihabəleyhinə və hərarət salan vasitədir.

Sumaq ürək-damar sistemi xəstəliklərinin və insultun profilaktikasında çox effektlidir.

Sumağın xərçəng əleyhinə təsiri var.

Sumağın sidikqovucu və iltihabəleyhinə xüsusiyyətləri onu sidik ifrazı sistemi iltihabları zamanı çox faydalı edir.

Arıqlamaq istəyənlər mütləq bu ədviyyatı qidalarına əlavə etməlidir. Sumax piylərin parçalanmasını sürətləndirir, onların orqanizmdə yığılmasının qarşısını alır.

Sumax şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə kömək edir.

Ağız boşluğu, damaq iltihabları, damaqların qanaması zamanı sumağı isti suda dəmləyin və bu su ilə ağzınızı qarqara edin.

Sumaq orqanizmi toksinlərdən, şlaklardan, ağır metallarını duzlarından təmizləyir.

İshal zamanı sumax dəmləməsi bağırsaqlara antiseptik təsir edir (mikrobları öldürür) və bağırsaqları yığır.

AdSense — Məqalə daxili (Fərdiləşdir → AdSense kodları bölməsindən əlavə edin)

Bu məqalə faydalı oldu?

Rəyiniz üçün təşəkkürlər!

A

Araz

www.POPULYAR.az · 52 yazı

Fikrinizi bildirin