Xalq qəhrəmanı Babək haqqında

XALQ QƏHRƏMANI BABƏK (POPOK-talışca ayağı sayalı; yaxud müqəddəs ata)
Talış xalqının möhtəşəm qəhrəmanı Babək, umumdünya tarixində Ərəb Xilafətinə qarşı vuruşmuş ən qüdrətli sərkərdə kimi məhşur olmuşdur.
Bütün dünya tarixçiləri , siyasətçiləri tərəfindən Xürrəmilər hərəkatı, Babək üsyanı ,yaxud Babək hərəkatı kimi qeyd edilmişdir. Xüsusən, orta əsr ərəb tarixçiləri — Təbəri, Balazuri, ibn Xordadbeh, İbn Havkəl, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqaları siyasi hadisələr barədə məlumatlar vermişdilər.Sonrakı dövrlərdə və ən yeni dövrdə Rəşidəddin, Nəsrəddin Tusi, Mir Yəhya Qəzvini, Əhmşd Kəsrəvi, Əli Əbduli, Ziya Bunyadov, Sumbatzadə, İqrar Əliyev və s. alimlər öz fikirlərini əsərlərində ictimaiyyətə çatdırmışdılar.
Təəssüflər olsun ki, Babək, eləcə də Xurrəmilər hərəkatı haqqında çox mübahisəli iddialar irəli sürülmüşdür. Nəyə görə mubahisələr yaranmışdır? Əvvələn, ona görə ki, Xəlifələrin fərmanı ilə Babək haqqında həqiqəti yazan adam dar ağacından asılacaqdı.
İkincisi, Babək hərəkatın mərkəzi, indiki İran – Azərbaycan dövlətlərin sərhədində baş verdiyi üçün, geniş təhlil, tədqiq edilməmiş və ya bir çox hadisələr saxta, təftış edilmişdir.
Üçüncüsü, Talış xalq rəvayətləri, hekayələri heç yaxına buraxılmayır . Heç bir tədqiqat, təhlil obyektinə çevirməyiblər.
4. Çox qəribədir ki, Babək hərəkatının hərəkətverici qüvvəsi Talış xalqı olduğu halda, az- çox bu məsuliyyətli işlə məşğul olanların əksəriyyəti Talış dilini bilməyən tədqiqatçılardır. Odur ki, orada olan ad, toponimlər, kəlamlar təhrif olunub.
Məsələn, götürək ” xurrəm” sözünü Talış dilində mənasını açmaq istəyiblər, nəticədə səhfə yol veriblər. Siz lap savadsız Talışa desəniz ki, ” xurrəm” sözün mənası nədir, O adam sizə “şad, xurrəm, xoşbəxtlik” mənasını ehtiva etdiyi barədə cavab verəcək. Talış dilindən istifadə edilməməsi əksər toponimlərin, adların, ifadələrin doğru- dürüst mənasını anlamamağa səbəb olub. Yəni, Babək ” Xoşbəxtlər məmləkətini” yaratmaq istəyirdi.
Babək hərəkata 21 il rəhbərlik etmişdi. Bu Xürrəmilər hərəkatının ( 778- 838 – ci illər) kulminasiya dövrü idi.
Babək 798- ci ildə Ərdəbil şəhərinin şimal- qərbində Blaband kəndində ( indiki Lerik rayonun Blaband k.) anadan olmuşdur. Bəzi mənbələrdə Bilalabad kimi yazılmışdı.Əsil adı Həsən olmuşdur. Hələ uşaqlıq illərində çox bacarıqlı, şücaətli, qüvvətli, ağıllı, qorxmazlığı ilə həmyaşıdlarından fərqlənirdi. Talış xalqının şifahi xalq ədəbiyyatında ” Babəkin yeniyetməlik dövrü” adlı rəvayətdə xalqın öz qəhrəmanına hörmət, məhəbbəti hiss edilir. Həmin rəvayətdə qeyd edilir ki, o, balaca yaşlarından çobanlıq edir. Neçə dəfə onun qoyun sürüsünə hücum edən canavarları, özünün düzəltdiyi 2 metrlik əzgil çomağı ilə məhf edir. Onun cəsurluğu, igidliyi dillərdə dastan olur.Beş nəfər Əbu İmranın silahlısı onun qoyun sürüsündən qoyun qarət etmək istəyir. Lakin, Babək onların qarşısını kəsib, deyir:
— Mənim meyidimin üstündən qoyun apara bilərsiz!
Əbu İmranın qarətçi quldurları fikirləşirlər ki, bu “yeniyetmə uşağı əzişdirəcəklər”.
Dava başlanır. Babək çoban çubuğu ilə onları şil- küt edir. Deyilənə görə bu iki dəfə təkrar olunur. Hər dəfə Babək qalib gəlir. Bu xəbər ətraf mahallara yayılır.
Xurrəmilərin məhşur rəhbərlərindən biri olan, Bəzz qalasının hakimi Cavidana da Babəkin bu comərdliyi barədə xəbər çatır. O, Blaband kəndinə gəlir. Babəkin anasından xahiş edir ki, uşağı onun qulluğuna versin. Anası əvvəl razı olmur. Sonradan hər il böyük bəxşişlər almaq müqabilində uşağının Cavidana qoşulmağına razılıq verir.
BABƏKİN(POPOK) XÜRRƏMİLƏR HƏRƏKATININ LİDERİNƏ ÇEVRİLMƏSİ
Qəhrəman, təxminən 16 yaşından başlayaraq Cavidanla səfərlərə çıxır. Özünün igidliyi, cəsarəti, coğrafi mövqeyi düzgün dəyərləndirmək, ani olaraq düzgün qərar qəbul etmək bacarığı ilə tezliklə Cavidanın sağ əlinə çevrilir..
816- cı ildə yayında Cavidan Əbu İmranla yenidən qarşılaşır. Bu amansız təkbətək döyüşdə Əbu İmranı Cavidan öldürür. Özü də ağır yaralanır. Sonuncu vəsiyyət edir ki, əgər ölsə Həsəni ( Babək) öz yerində görmək istəyir. O cür də vəsiyyət yerinə yetirilir.
Çox təəssüflər olsun ki, xəlifənin fərmanına görə , onun hakimiyyətə gəlməsi eybəcər formada təhrif olunur, düşkün qadının ona sevgisi, təsadüfdən Xurrəmilər hərakatının rəhbərliyinə gəlib çıxması barədə cəfəng ideyalar uydurulur.Azərbaycanda bir çox tədqiqatçıların, ssenarist ,kino- rejissorların bu iddia ilə çıxış etməsi təəssüf doğurur. Hansı xalq öz qəhrəmanını bu sayaq kinolara çəkəcək? Hələ heç yerdə xalq qəhrəmanı bu cür aşağılanmayıb!
Yəni, əslində Babək öz igidliyi, ağlı, qorxmazlığı hesabına lider olmuşdur!
———-
Üsyanın gedişi
————
Babək hərəkata rəhbərlik etdikdən sonra, üsyanın əhatəsi və ıştirakçıların sayı on dəfələrlə artdı.Hətta iri feodal və mülkədarlar onunla müttəfiq olmağa tələsirdilər.
Xilafət qoşunları sərkərdə Yəhya ibn Muazin başçılığı ilə ilk ağır döyüş 819- cu ildə baş verdi. Babək bu ordunu darmadağın etdi.
2-ci böyük döyüş 821- ci ildə baş verir. Xilafət qoşununa məhşur sərkərdə İsa ibn Məhəmməd başçılıq edir. Döyüş Xilafət qoşunları üçün biabırçı məğlubiyyətlə bitir.
824- cü ildə sərkərdə Züreyd ibn Əlinin komandanlığı ilə yeni bir ordu Babək qoşunlarına hücum edir. Lakin, yenə Babək qalib gəlir. Xilafət sərkərdəsi döyüşdə öldürülür.
Xəlifə Məmun 827- ci ildə bu dəfə 150 000 nəfərlik ordunu sərkərdə Məhəmməd ibn Humeydim başçılığı ilə Babəkə qarşı göndərir. Döyüş Həştadsər dağında baş verir. 3 iyunda baş verən döyüşdə Babək dağ ətəyində qoşununu elə düzür ki, qayalı daşlardan, yandırılmış ağac buruzlardan istifadə etməklə düşmənin ən yaxşı hissələrini məhf edir. Bu döyüşdə Xilafət qoşunun 30 000 nəfəri öldürülür. Sərkərdə Məhəmməd ibn Humeyd öldürülür.
830- cu ildə Həmədan yaxınlığında döyüşdə Babək qələbə qazanır. Həmadan şəhərini ələ keçirir. Həmədan şəhərinin alınması Xəlifə Məmunu az qala dəli edirdi. Çünkü, Həmadan şəhəri Xilafətin bütün şərq yolları üzərində əlaqə mərkəzi idi. Üsyançıların dalbadal qələbələri bütün xilafətini qorxutmuşdu.
Ərəb tarixçisi Dinəvər, “ərəblər ondan qorxmağa başladılar. Onunla ( Babəklə) vuruşur, lakin heç cür qalib gələ bilməyirlər. Babək qoşunları dağıdır, sərkərdələri öldürürdü!”, yazır
Əslində Babəkin qələbəsinin səbəbi üsyançılatın birliyi, ərəb istilaçılarına qarşı qəzəb, nifrət və doğru rəhbərlik idi.
833- cü il 7 avqustda xəlifə Məmun ölür, yerinə qardaşı Mötəsim keçir. Məmun Mötəsimə vəsiyyət edir ki, bütün qüvvələri birləşdirib, Babəkə qalib gəlmək lazımdır!
Mötəsim Bizansla döyüşən qoşunları geri çağırır. İspaniyadan, Misir, Suriya, Orta Asiyadan yeni qüvvələr gətirir. Poçt, ticarət yollarına nəzarəti gücləndirir. 833- cü ildə sərkərdə İshaq ibn- İbrahimin komandanlığı ilə böyük bir ordu göndərir. 25 dekabrda Həmədan şəhəri yaxınlığında baş verən döyüşdə ilk dəfə olaraq Babək məğlub olur. Bəzi mənbələr 60 000, müəyyən mənbələrdə isə 100 000 nəfər itkidən söhbət açılır.
Babəkin ordusu geri çəkilir. İlk dəfə Babəkin müttəfiqləri arasında parçalanma baş verir. 30 000 nəfərlik ordu Babəkdən ayrılıb Bizansa gedib, xristianlığı ğəbul edirlər.
Burada Xəlifə Mötəsimin tədbirləri öz nəticəsini verir.Hər vasitə ilə Babəkin dostları, müttəfiqlərini ələ keçirməyi, ( pul və vəzifə hesabına), sui- qəsdlərin təşkili, maliyyə cəhətdən kömək edənləri sıradan çıxarmaq vəs.
835- ci ildə Afşin Heydər ibn Kavus Babəkə qarşı vuruşacaq orduya komandan təyin olunur. Tədricən Afşinin hiyləgər planı nəticə verdi. Babəkin müttəfiqləri Səhl ibn-Sumbat, İbn Bəis, Əbu Musa və digərləri xəyanət yolunu seçdilər.
İbn- Bəis Babəkin məhşur sərkərdəsi İsma əl- Kürdinin kürəkəni idi. Babək Təbriz , Şahi qalalarını onun sərəncamına vermişdi.İbn- Bəis qaynatasının onun evinə qonaq gəlməsindən sui- istifadə edir. Onu, köməkçilərini sərxoş edir, əllərini qandallayıb Xəlifəyə hədiyyə göndərir. İsma əl- Kürdiyə əzab verməklə, Babəkin sirrlərini, planlarını öyrənirlər.
836- cı ildə Babəkin ən məhşur sərkərdəsi Tərxanın evinə cəsus, qonaq adı ilə gəlib, gecə başını kəsir. Bütün bu itkilər əvəzi ödənilməyəcək itkilər idi.
Xəlifə qoşunları güclərini artırdıqca, xürrəmmilərin sırası seyrəlirdi.
Doğrudur, Babək 836- cı ildə , Afşinin köməyinə gələn adlı- sanlı sərkərdə Buğa əl- Kəbirin ordusunu darmadağın edir. Buğa əl- Kəbir qaçmaqla canını xilas edir.
837- ci ildə xəlifə Mötəsim Afşinə 30 milyon dirhəm pul, çoxlu silah, ərzaq göndərir. Həlledici döyüşdən əvvəl Afşin Babəklə, Təbəristan hakimi Məzyərlə xəlifəyə qarşı birləşib, onu taxtdan əl çəkdirmək ideyasını irəli sürür. Lakin Babək öz şəxsi xoşbəxtliyindənsə, vətənə, xalqına, dostlara axıra qədər sədaqətli olmağı seçir.
837- ci ildə Afşin Bəzz qalasını mühasirə alır.Döyüş 27 avqustda başlanır. Bəzz qalasının müdafiəçiləri sonsuz rəşadət, igidlik numunəsini göstərirlər. Qeyri- bərabər döyüşdə Afşin 100 000 əsgər itki verir. Üsyançıların itkisi 80 000 nəfər idi.Məğlubiyyətdən sonra şəhəri 3 gün yandırırlar. Daşı- daş üstündə saxlamadılar.
7600 nəfər əsir götürülür.
Yeraltı yol vasitəsilə Babək bəzi yoldaşları ilə yanmış qalanı tərk edir.
Arranda Babəkin keçmiş dostu Səhl ibn- Sumbat onu mehribanlıqla qarşılayır. Gecə əl – ayaqlarını qandallayır və Afşinə təqdim edir.
Ərəb tarixçisi Təbərinin yazdığına görə, “Afşin Səhl ibn- Sumbata Babəkə görə 1 milyon dirhəm pul, cəvahiratdan kəmər, patrik tacı verir. Oğlu Muaviyəyə 100 000 dirhəm pul verilir”
Afşin Babəkin axırıncı dəfə Bəzzi görmək arzusunu yerinə yetirir. Rəvayətlərdə belə deyilir ki, qəhrəman dağılmış doğma qalaya baxmış və demişdi:
— Bağışlayın məni, ey gözəl yurdum, Sizi mudafiə edə bilmədim!
838- ci il yanvarın 4- də azadlıq mücahidi Samirə şəhərinə gətirilir.
14 mart 838- ci ildə edam edilir. Əvvəl əllərini, sonra ayaqlarını, sonda başını kəsdilər.
Bir çox mənbələrdə Babəkin son cümləsinin nə olduğu haqqında rəvayətlər nəql olunur.
Deyilənə görə böyük sərkərdənin son kəlməsi,
—Şinə Mo, məvuji mardəm!