Buğa bürcü haqqında

Taurus Buga

Xeyirxah, qayğıkeş, səbirli, etibarlı — bütün bu sözlər öz dostun — Buğanı onu heç görməyən bir şəxsə ilk dəfə təsvir etmək istəyəndə sənin ağılına gəlir. Hər bir kəsə öz həyatında Buğa bürcü altında doğulan insan lazımdır: bunlar sədaqətli və etibarlı adamlardır. Eyni zamanda bunlar özlərininki hesab etdikləri ərazidən çıxıb getməkdən qəti imtina ediriər. Buğanın tərsliyi hər hansı bir şəxsi ağlamaq həddinə gətirsə də, o yerindən tərpənən deyil.Buğalar xaraktercə öküzü xatırladırlar. Öküzfər bir qayda olaraq öz sahələrində otlayırlar; onlar burada çox da hərəkət etmirlər, lakin heç kəs çəmənliyin kimə məxsus olmasına şübhə etmir və insanların əksəriyyəti həmin sahənin yanından ötüb keçməyə üstünlük verərlər.

Buğalarda mülkiyyətçilik hissiyyatı çox güclüdür; özlərinə məxsus olanları çox real şəkiidə duyurlar.
Buğada təəccüblü görünən daimi qayğıkeşlik hissi var. O, şeylərin qayğısına qalıb, etibarlı şəkildə qorumaq istəyir. Bir çox adamların işləri düz gətirməyəndə, xoşagəlməz hadisələr baş verəndə Buğanın təklif etdiyi komfort, dünyanın ən böyük rahatlığı kimi görünür. Əlbəttə, hər şey yaxşı olanda və həyat maraqlı hadisələriə dolanda, Buğa ləng və darıxdırıcı görünür.
Məsələ heç də onda deyil ki, Buğa sürətlə hərəkət edə bilmir, sadəcə, o, buna cəhd göstərmır. Nəhayət, Buğa hərəkətə başlayanda, deməli kimsə ona güclü təkan verib. Buğa cəzaya qarşı qeyri-məhdud dözümə malikdir, elə ona görə də hücuma gedən öküz kimi yalnız təhrik ediləndə müşahidəçi üçün qorxu və təhlükəyə çevrilir.

buga bürcü-TaurusBuğanın bir problemi də var: hücum edəndə öküz kimi, adətən, gözlərini yumur və bu vaxt çox işlər törədə bilər. Nadir hallarda əhval-ruhiyyə ilə nə isə etməyə cəhd göstərəndə çox böyük ziyan vurur: buna adətən deyirlər ki, dəvə durdu, dam uçdu.Buğanın əsas arzusu — özünü olduğu kimi saxlamaqdır. Elə ona görə də dəyişikliklərə müqavimət göstərir, zədələnmiş və ya xarab olmuş hər bir şeyin qayğısına qalır. Özünə məxsus olan əşyalara qarşı çox həssasdir.
Onun yaxşı zövqu var, məsələn, yeməkdən lazımınca baş çıxarır. Buğalar adətən çox yaxşı aşpaz olurlar. Ləzzətli yeməyi çox sevən Buğanın sanki gözü doymur: o arxayın olmalıdır ki, hələ ehtiyat ərzağı var və ac qalmayacaq. Həvəslə dostlannı evinə qonaqlığa dəvət edir, onları ləzzətli qidalarla yedizdirib-içizdirir.
Təsəlli, sakitlik və etibarlılıq həmişə Buğanı müşayiət edir. O, səbir və qayğı ilə istədiyinə nail ola bilir. Bu bürc altında doğulanlann tərs üzü — öz mövqelərini əldən verməmək və dəyişməməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir